Avtobusda çətin vəziyyətdə qalan qadın xilas edildi

Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri ərazisində “PAZ” markalı sərnişin avtobusunun idarəetməni itirərək dirəyə çırpılması barədə müraciət daxil olub
Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, qəza nnəticəsidə avtomobildə olan sərnişin, 1955-ci il təvəllüdlü İlyasova Dəstəgül Hacıbala qızı xəsarət alıb. Deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış D.İlyasova xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq xilas edilib. Əməliyyat saat 12:59-da başa çatıb.pia.az