Təfəkkür Universitetinin rektoruna ölkədən çıxış yasaqı

Müşfiq Atakişiyevin belə qadağa ilə üzləşməsinin pul qalmaqalına görə olduğu iddia edilir, ona da Elşad Abdullayev kimi etibar etmirlər
Təfəkkür Universitetinin rektoru Müşfiq Atakişiyevə ölkədən çıxmaq qadağası qoyulub. Bu barədə redaksiyamıza təhsil ocağındakı etibarlı mənbələrdən məlumat daxil olub. Mənbənin sözlərinə görə, belə bir yasağın tətbiq edilməsinin birmənalı olaraq səbəbləri yoxdur. Lakin ortada belə bir söhbət dolaşır ki, məsələnin kökündə duran əsas amil pulla bağlıdır. Belə ki, ortada bğöyük bir məbləğdən söhbət getdiyi vurğulanır. Mənbənin bildirdiyinə görə, «tələbə köçürməsi» və digər əməliyyatlardan əldə olunmuş pulların 4 milyon dollarından artıq hissəsi ilə bağlı Atakişiyev «şəriki» olduğu adamlara hesab verə bilməyib. Hər dəfəsində bununla bağlı söhbət düşdüyündə birtəhər vəziyyətdən çıxan rektor sonunda «ilişib». İndi isə «şərik»lər Təfəkkürün rəhbərindən həmin «yoxa çıxmış» 4 milyon dolları tələb edirlər. Mənbənin sözlərinə insansaq mənzərə belədir ki, Müşfiq Atakişiyev həmin pulu geri qaytarmadığına görə ölkədən çıxışına qadağa qoyulub. Üstəlik, bəzi dairələr onun da ABU-nun sabiq rektoru Elşad Abdullayev kimi ölkədən çıxdıqdan sonra bütün sirləri açıb tökəcəyinə şübhə etmirlər. Qarşı tərəfi də dinləməyə hazırıq. (jam.az)pia.az