Baş aşpazın yeməyi bəyənilmədi, intihar etmək istədi

Çinin Çjençju şəhərindəki restoranlardan birində baş aşpaz olan Qan Szyan bu gün intişar etmək istəyib
O, şəhərdəki yüksək gərginlik eletrik dirəklərindən birinə dırmaşıb. Milli.Az Xinhua-ya istinadən bildirir ki, Qan Szyanın intihar istəyinin səbəbi onun çalışdığı restorandakı həmkarlarından birinin şikayəti olub.Həmkarı Qanın bişirdiyi yeməyin duzlu olduğunu deyib. 20 dəqiqəlik mübahisədən sonra Qan pərişan halda restoranı tərk edib, küçədəki elektrik dirəyinə dırmaşıb.Hadisə yerinə gəlmiş polislərin və xilasedicilərin səylərinə rəğmən, Qan aşağı düşmürdü. Yalnız Qanı tənqid etmiş həmkarı ondan üzr istəyəndən sonra baş aşpaz intihar fikrindən vaz keçib.pia.az