Deyirlər qar yağacaq

Dekabrın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu, bəzi yerlərdə yağıntılı olacağı gözlənilir
Ekologiya Nazirliyi Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, gecə və səhər bəzi yerlərdə zəif duman gözlənilir. Arabir güclənən şimal-qərb küləyinin günün ikinci yarısında mülayimləşəcəyi bildirilir.Havanın hərarətinin gecə 3-5, gündüz 6-9 dərəcə isti olacağı qeyd edilir.Atmosfer təzyiqinin 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcəyi, nisbi rütubətin 75-85 faiz  təşkil edəcəyi deyilir.Dekabrın 23-də ölkənin rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır. Bəzi yerlərdə duman olacağı, arabir güclənən qərb küləyinin əsəcəyi bildirlir.Havanın hərarəti gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.Dekabrın 25-dək Abşeron yarımadasında dəyişkən hava şəraiti, arabir güclənən xəzri və gilavar küləklərinin bir-birini əvəz edəcəyi gözlənilir.pia.az