Məhkum qadınlara şəxsiyyət vəsiqəsi verilib

Azərbaycanda hələ də SSRİ pasportu gəzdirənlər varmış
Cəzaçəkmə müəssisəsində məhkum qadınlara şəxsiyyət vəsiqəsi verilib.Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, dekabrın 22-də xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumlara şəxsiyyət vəsiqələrinin təqdim olunması münasibətilə tədbir keçirilib.Penitensiar Xidmətin kadrlar idarəsinin rəisi, ədliyyə polkovniki Zaur Əliyev, DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin inspektoru, polis mayoru Rəşad Hacıyev və 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Faris Abdullayev tərəfindən şəxsiyyət vəsiqələrini itirmiş, köhnə nümunəli SSRİ pasportu, 9 saylı formada arayış və ya vaxtı keçmiş vəsiqələri olan məhkumlara yeni şəxsiyyət vəsiqələri təqdim edilib.4 saylı cəzaçəkmə müəssisəsinin məhkumları şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı rəhbərliyə öz minnətdarlıqlarını bildiriblər.pia.az