Atambayev İlham Əliyevi təbrik etdi

Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevdən Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb
PİA.AZ prezidentin rəsmi saytına istinadən xəbər verir ki, məktubda deyilir: “Hörmətli İlham Heydər oğlu, Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Qırğızıstanda Sizi Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında dostluğun və qarşılıqlı faydalı əməkdaşlığın inkişafının ardıcıl tərəfdarı kimi tanıyırlar. Əminəm ki, bizim birgə səylərimiz sayəsində Qırğızıstan-Azərbaycan qardaşlıq münasibətləri ölkələrimizin və xalqlarımızın rifahı naminə daha da möhkəmlənəcək.pia.az