Şairə Nurəngiz sabah Yasamal qəbiristanlığında dəfn olunacaq

Şairə Nurəngiz Günlə vida mərasimi sabah saat 12-də mərhumun evində keçiriləcək
Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın APA-ya verdiyi məlumata görə, mərhum Yasamal qəbiristanlığında dəfn olunacaq. Mərhumun üç mərasimi dekabrın 22-də "Təzəpir" Məscidində keçiriləcək Qeyd edək ki, şairə Nurəngiz Gün bu gün gecə saatlarında dünyasını dəyişib. Onun uzunmüddət xəstə olduğu bildirilir.pia.az