Bakıda oğurluq edən şəxs tutuldu

Bakıda evlərə qənim kəsilən 26 yaşlı gənc saxlanıldı
Lent.az-ın Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Nəsimi Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Siyəzən rayon sakini əvvəllər məhkum olunan 1988-ci il təvəllüdlü Səxavət Kərimov saxlanılıb. Səxavət Kərimov mayın 2-də Mehman Məmmədovun mənzilindən açıq qapıdan keçməklə mobil telefon, iyulun 7-də Saqif Həsənovun evindən noutbuk, sentyabrın 6-da Həmid Mirzəyevin mənzilindən 450 manat, mobil telefon, bank kartları və sənədləri, sentyabrın 28-də Nailə Ağayevanın, oktyabrın 4-də Rüfət Əhmədovun, oktyabrın 6-da Kəmalə Sultanovanın mənzilindən mobil telefonları oğurlamaqda şübhəli bilinir. Faktla bağlı araşdırma davam etdirilir.