Deputatın ailəsində ağır itki

Dəfn mərasimi sabah baş tutacaq
Deputat Jalə Əliyevanın anası, tanınmış şairə Nurəngiz Gün xəstəlikdən dünyasını dəyişib. Bu barədə Modern.az-a deputatın yaxınları bildiriblər. Millət vəkilinin anası bu gün səhər saatlarında vəfat edib.Məlumata görə, dəfn mərasimi sabah baş tutacaq.Nurəngiz Gün 1938-ci ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1 saylı Bakı Tibb Məktəbində, sonra isə ADİU-da təhsilini davam etdirib. Oxucularla ilk görüşə “Ulduz” jurnalında dərc edilən “Tanrı” (1981) povesti ilə gəlib.  Allah rəhmət eləsin!