Fazil Məmmədov vətəndaşlarla görüşdü

Bu gün Vergilər naziri Fazil Məmmədov Xırdalan şəhərində yerləşən Abşeron rayon Mədəniyyət Mərkəzində Abşeron, Xızı və Siyəzən rayonlarından olan vətəndaşlarla görüş keçirib
Nazirliyin Analitik informasiya şöbəsindən verilən məlumata görə, vergilərin hesablanması, ödənilməsi, nəzarət-kassa aparatlarının tətbiqi, pos-terminalların quraşdırılması, əmək müqavilələrin bağlanması, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, əmək haqqı fondundan ödənilən icbari ödənişlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi orqanlarına işə qəbul, yerli (bələdiyyə) vergilərin toplanması prosesində rast gəlinən müxtəlif çətinliklər və digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılıb.Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunmuş, müraciətlərin bir qismi nəzarətə götürülmüş, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Qəbula gələn vətəndaşlar onlar üçün yaradılmış bu imkandan razı qaldıqlarını bildiriblər.