Qaxda itkin düşən şəxsin meyiti tapıldı

Qaxda 3 gün əvvəl itkin düşən şəxsin meyiti tapılıb
Qax rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Qaşqaçay kənd sakini, 1938-ci il təvəllüdlü Səməndər Hacı oğlu Quliyevin meyiti çay kənarında tapılıb. Onun yıxılaraq aldığı xəsarətdən öldüyü ehtimal edilir. Qeyd edək ki, Səməndər Quliyev dekabrın 15-də saat 15:00 radələrində kəndin yaxınlığındakı dağlıq meşəlik ərazidə meyvə yığmaq adı ilə evdən çıxıb, bir daha geri qayıtmayıb. Onun itkin düşməsi barədə ailə üzvləri polisə məlumat verib.