Birinci xanım “Atəşgah məbədi”ndə oldu- Fotolar

Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva qoruqla tanış olub
Azərbaycanın birinci xanımı, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə əlaqədar mədəniyyət abidələrinin hazırlığı ilə tanışlıq məqsədilə bu gün “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda olub.PİA.AZ  AzərTac-a istinadən xəbər verir ki, ilk Avropa Oyunlarına ev sahibliyi edəcək ölkəmizi Avropa bayramı hesab edilən Oyunlar zamanı çoxsaylı qonaqların ziyarət edəcəyi gözlənilir. Bu isə Azərbaycanın, o cümlədən mədəniyyətimizin dünyada daha da yaxşı tanıdılması və təbliği üçün gözəl fürsətdir. Azərbaycanın maddi mədəniyyət abidələri sırasında Bakının Suraxanı rayonunda yerləşən, UNESCO-nun “Dünya irsinin ilkin siyahısı”na daxil edilən “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun özünəməxsus yeri var.Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva qoruqla tanış olub.Burada görülən işlərdən razılığını bildirən Mehriban Əliyeva tövsiyələrini verdi.