Keçmiş deputat Əliməmməd Nuriyev yol qəzasına düşdü - Fotolar

Bir qədər öncə Bakının “Azadliq” meydanında baş verən avtomobil qəzasında keçmiş deputat Əliməmməd Nuriyev ağır xəsarət alıb
AzPolitika.info-nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, BMV markalı avtomobillə Əliməmməd Nuriyevin idarə etdiyi “Mitsubişi Pajero” markalı avtomobilin toqquşması nəticəsində ikinci avtomobil aşıb. Yaxınlıqdakı vətəndaşlar keçmiş deputatı tərsinə çevrilmiş avtomobildən çıxarıblar.Ə.Nuriyev başından xəsarət alıb. Onun avtomobili isə tamamilə yararsız vəziyyətə düşüb.Hadisə yerindən çəkilmiş fotoları təqdim edirik:pia.az