Polis ağır qəza törətdi - Foto

Son dövrlər polis əməkdaşlarının qəza hallarına tez-tez rast gəlinir
Polis əməkdaşlarının törətdikləri qayda pozuntularına görə cəzalanmaması, belə qəzaların artmasına səbəb olur.Onlar çox vaxt sürət həddini gözləmədən, yol nişanlarına məhəl qoymadan avtomobili idarə edirlər. Elə buna görədir ki, təkcə son ayda ona yaxın polis əməkdaşlarının iştirakı ilə baş verən qəzalar barədə məlumat vermişik. Hələ o da bəllidir ki, polislərin törətdikləri qəzalar aidiyyəti qurumlar tərəfindən mümkün qədər gizlədilir, rəsmiləşdirilmir. Təmir sexlərindən birində saxlanılan Post Patrul Xidməti avtomobili tam deformasiyaya uğramış, yararsız vəziyyətdə olub. Qəzanın baş vermə səbəbi və tarixi məlum olmasa da, avtomobilin vəziyyəti qəzanın nə qədər ağır olduğundan xəbər verir. Belə ağır qəzada hər hansı itkinin ola biləcəyi də istisna deyil. (AzNews.az)pia.az