Putinin dostu Bakıda restoran açdı

Hüquq elmləri doktoru, professor, tanınmış iş adamı İlham Rəhimov Bakıda restoran açıb
Rusiya Prezidenti Vladimir Putinlə yaxın dostluq münasibəti olan İlham Rəhimov hələ bir müddət əvvəl paytaxtda restoran açmaq üçün tapşırıq verib. Məlumatlı mənbənin sözlərinə görə, ən bahalı mebel və aksesuarlarla bəzədilən “Aristocrat Restaurant Baku” adlanan restoran qiymətlərinə və xidmət keyfiyyətinə görə Bakının ən bahalı və elit restoranlarından biridir. Paytaxtın mərkəzində öz dəbdəbəli görünüşü ilə seçilən bu restoranın açılışında İ.Rəhimov özü şəxsən iştirak edib. Məlumat üçün bildirək ki, “Aristocrat Restaurant Baku” Səməd Vurgun küçəsində  yerləşir. (axar.az)