Siyavuş Novruzov Amerikanı sərt tənqid edib - Video

Millət vəkili ABŞ-ı Əmir Teymurla müqayisə etdi
Milli Məclisin bugünkü iclasinda ABŞ-da etnik, dini, irqi zəmində baş verənlərə diqqət çəkilib.ANS TV-nin məlumatına görə, millət vəkili Siyavuş Novruzov söyləyib ki, ərazisinin 20 faizi işğal olunan, milyondan artıq qaçqını olan, ərazisində diversiyalar, terror baş verən ölkədə kimisə araşdırmaya cəlb edəndə narahat olan Qərb, beynəlxalq təşkilatlar ABŞ-da qaradərililərin soyqırımı, dustaqlara qarşı törədilən işgəncələri görməzlikdən gəlir. Deputat demokratiya, insan haqları maskası altında gizlənmiş ABŞ-da edilən işgəncə faktlarının Əmir Teymurun törətdiyi işgəncələri ötüb keçdiyi söyləyib.“Teymurləng işgəncələrin yeni metodunu kəşf edirdi, amma ABŞ-da törədilən işgəncələrə baxanda Teymurləng daha demokraktdır. Adətən Amerikada Milad bayramında Hidquşunun sorqırımı gedir. İndi vəziyyət dəyişib, qaradərililərin soyqırımı başlayıb. Bəs niyə bizə dərs öyrətməyə çalışan - “Freedom House”, “Human Rights Watch” və “Amnesty İnternational”ın səsi çıxmır?” – deyə millət vəkili Siyavuş Novruzov bildirib.pia.az