Daşkəsəndə bələdiyyə seçkiləri «başa çatıb»

Seçkilərə 10 gün qalmış icra başçısı Əhəd Abıyev rayon bələdiyyəsinə kimi sədr seçdiyini hamıya nümayiş etdirib
Azərbaycanda dekabrın 23-də bələdiyyə seçkiləri keçiriləcək. Ölkə həyatı üçün mühüm olaylardan hesab olunan bu seçkilərin artıq açıq saxtakarlıq forması seçilməyə başlayıb. Həmin rayonlardan biri də Daşkəsəndir. Ötən həftə rayonun icra başçısı Əhəd Abıyev rayonun bütün fəallarını bir araya gətirərək, bələdiyyə seçkilərinə az qalmş Daşkəsən şəhərinin bələdiyyə sədrinin kimliyini də açıqlayıb. Belə ki, Abıyev 250 nəfərin iştirak etdiyi toplantıda Azər Abdullayevi Daşkəsən şəhər bələdiyyəsinin sədri kimi təqdim edib və onu təbrik edib. (Jam.az)Qarşı tərəfi də dinləməyə hazırıq.