“Mitinq saxtakar Arif Hacılının şousudur“

Səxavəy Əlisoy: “Bu gün “Məhsul” stadionunda saxtakar başqan Hacılının "siyasi məhbuslara dəstək" pərdəsi altında inoqurasiya-üzəçıxartma mərasimi keçiriləcək”
 Müsavat sıralarından uzaqlaşdırılan başqanlığa keçmiş namizəd Səxavəy Əlisoy başqan Arif Hacılını yenidən tənqid edib. O, Müsavat başqanını saxtakar adlandırıb:“Siyasi məhbuslara gerçəkdən dəstək verən sanballı bir Dəyirmi Masa təşkil edib, ölkənin ciddi siyasi təşkilatlarını və əcnəbi diplomat korpusunu bir araya gətirərdi. Bunu etməyə saxtakarın intellektual potensialı, siyasi arenada mənfi imici imkan vermir və problem həm də ondadır ki, onun ətrafında olanların əksəriyyəti eynən özü kimi ucuz aksiya azarkeşləridir. Bu zehniyyət sahibləri qurultaydan sonra Səbayel rayonu üçün Feysbukda saxta sədr seçkisi keçirdi, İkram İsrafilin oğlu üçün məlum biabırçı bir bəyanata imza atdı və bu gün üzəçıxartma mərasimi düzənləyiblər. Sabah daha kaloritli saxtakarlıq şoularının şahidi olacaqsınız, inşallah”. (azvision.az)