Azərbaycanlı “qanuni oğru“ tutuldu: “Ded Xasanı biz vurduq“

Rusiyada azərbaycanlı "qanuni oğru" tutulub
Məlumata görə, polis "Rufo Gəncinski" adı ilə tanınan Rüfət Tağıyevi saxlayıb. O, Lyublinski bazarının sahiblərindən biri olan Əliyev və iş adamı İlqam Əliyevin qətlində şübhəli bilinərək tutulub.Sorğu-sual zamanı tanınmış "qanuni oğru" "Ded Xasan"ın ölümü ilə bağlı da maraqlı bir fakt ortaya çıxıb. Belə ki, saxlanılan şəxsin onun qatili haqqında informasiyaya malik olduğu bəlli olub."Qanuni oğru" Rüfət Tağıyev 2013-cü il, yanvarın 16-da öldürülən "Ded Xasan"ın qatilinin aradan çıxarılması planını şəxsən hazırladığını deyib.Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, R.Tağıyev "Ded Xasan"ın güllələnməsində də iştirak etdiyini deyib. Belə ki, killerin kuratoru olub (ANS).pia.az