Bakı gömrükçüləri 4 kiloqram narkotik ələ keçirdilər

Gömrük orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirir
PİA.AZ Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı Baş Gömrük İdarəsinin Poçt göndərişlərinə nəzarət bölməsində poçt göndərişlərinə “Rapiscan” markalı rentgen aparatı vasitəsi ilə gömrük nəzarəti həyata keçirilərkən Kanadadan daxil olmuş iki ədəd poçt bağlaması şübhə doğurduğu üçün saxlanılıb. Yoxlanış zamanı bağlamanın birindən 2 kiloqram 15 qram, digər bağlamadan isə  2 kiloqram 300 qram olmaqla, cəmi 4 kiloqram 315 qram bitki mənşəli, tünd yaşıl rəngli, kəskin qoxuya malik maddə aşkar olunub. Məhkəmə Ekspertiza Mərkəzinin arayışına əsasən həmin maddələrin kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana olduğu müəyyən edilib. Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.pia.az