Leyla Yunus tibbi xidmətlər və müayinələrdən imtina edir

“Leyla Yunusun səhhəti stabildir. Həkim nəzarətindədir və səhhətində hər hansı təhlükə yoxdur”
Bunu APA-ya açıqlamasında Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov deyib. İ. Qurbanov bildirib ki, L. Yunusun qaraciyəri ilə bağlı müayinələr aparılıb: “Aparılan müayinələr qaraciyərin funksiyasının normal olduğunu göstərir. Buna baxmayaraq iki-üç gündür Leyla xanıma yenə də tibbi xidmətlər və müayinələr təklif olunur. Lakin o, bundan imtina edir ” .   Qeyd edək ki, L. Yunus Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178-ci (Dələduzluq), 192-ci (Qanunsuz sahibkarlıq) və digər maddələr üzrə təqsirləndirilir. Hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin tabeliyində olan Bakı İstintaq Təcridxanasında saxlanılan L. Yunusun vəkilləri onun səhhətinin pisləşməsi barədə mətbuata açıqlamalar veriblər.pia.az