Bakıda polis rəisi qətlə yetirildi: Rəsmilər inkar edirlər - Yenilənir

Bu dəqiqələrdə aldığımız məlumata görə Bakının Binəqədi rayonunda, Xocasən qəsəbəsi ərazisində 40-ci polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Faiq Bədəlov xüsusi amansızlıqla bıçaqlanaraq qətlə yetirilib
DİN-dən "Qafqazinfo"ya daxil olan məlumata görə, Binəqədi rayon 40-cı polis bölmənin rəisi Faiq Nəcəfov hazırda iş başındadır. Onunla bağlı yayılan məlumatlar doğru deyil.***Bu dəqiqələrdə Xocasəndəki mənbələrdən aldığımız məlumata görə, hadisənin baş verdiyi ərazi polis mühasirəsindədir, qəsəbəyə giriş-çıxış bağlanıb, hadisə yerinə onlarla polis maşını cəlb olunub.Qətlə yetirilən polisin kimliyini hələ rəsmən dəqiqləşdirmək mümkün olmayıb.Virtualaz.org saytının əməkdaşı təcili hadisə yerinə ezam olunub və yaxın dəqiqələrdə əlavə məlumatları çatdırmağa çalışacağıq.***PİA.AZ xəbər verir ki, məlumatı virtualaz.org saytına həmin qəsəbədə yaşayan və hadisənin şahidi olan sakinlərdən biri verib. Hazırda cinayətin baş verdiyi ərazi polis mühasirəsindədir, polis rəisinin kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı məlum deyil. Təfərrüatları çatdıracağıq.pia.az