Duman, yağış, qar...

Bakıda və Abşeron yarımadasında noyabrın 28-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın arabir yağıntılı olacağı, gecə saatlarında bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən PİA.AZ-a daxil olan məlumata görə, havanın temperaturunun gecə 3-5, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 772 mm civə sütununadək yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında noyabrın 28-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, yağıntının ayrı-ayrı yerlərdə intensivləşəcəyi  gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.pia.az