Bakıda 20 qadın aksiya keçirdi

Bakıda qadınlar aksiya keçirib
PİA.AZ-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 26-da saat 12 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsinin 20 nəfər (qadın) sakini kanalizasiya və yollarının pis vəziyyətdə olması ilə əlaqədar qəsəbənin ərazisindən keçən avtomobil yolunu bağlamağa cəhd göstərib.Suraxanı RPİ 31-ci PB əməkdaşları tərəfindən aparılmış izahedici söhbətlərdən sonra onlar gediblər.pia.az