300 sürücü cərimələndi

“Maşınların arxa və yan şüşələrinə standarta uyğun pərdə və jalüzlərin vurulması halları azalıb”
Bunu modern.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov deyib.Onun sözlərinə görə, pərdə və jalüzlərdən istifadə edənlər birmənalı olaraq cərimələnir: “Dünən 3 nəfər, bu gün isə 1 nəfər pərdə və jalüzlərdən istifadə etdiyinə görə saxlanılıb. Bu ayın 16-dan bu günə qədər 300-ə yaxın belə halla rastlaşmışıq. Qanunları pozanlara qarşı inzibati protokol tərtib olunub. Protokolda 150 manat cərimə olunması göstərilir”.Tanınmış simaların qanunlara əməl etməməsinə gəlincə, Vaqif Əsədov hələlik belə faktla rastlaşmadıqlarını bildirib: “Bəzi tanınmış simalar hər hansı qayda pozuntusuna yol verdikdə “yol polisi məni tanıdığına görə heç bir cəza tətbiq etmədi” deməklə asayişi qoruyan polisi aşağılamaq istəyirlər, buna yol vermək olmaz. Polisi cəmiyyətə bu cür təqdim etməyin! Ümumiyyətlə, belə məsələlərin açıq şəkildə deyilməsi cəmiyyətdə insanlar arasında polis əməkdaşlarına qarşı yanlış fikirlərin yaranmasına gətirib çıxarır”.pia.az