Qız Qalasındakı intiharla bağlı yeni xəbər

Srağagün Bakıda Qız Qalasından özünü ataraq intihar edən şəxsin kimliyi müəyyənləşib
PİA.AZ xəbər verir ki, Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində noyabrın 24 də özünü Qız Qalasından atan şəxsin kimliyi bu gecə saat 02. radələrində məlum olub. Onun 1983-cü il təvəllüdlü Bakı şəhərində anadan olan, Xırdalan şəhəri məhəllə 27, ev 21, mənzil 29-da yaşayan Prişayev Yuri Qriqoriyeviç olduğu bildirilir. Polisdən verilən məlumata görə, intihar edən şəxs Səbail rayonunda yerləşən kafelərin birində aşpaz işləyirmiş.pia.az