Ağdaşda minik avtomobili ilə yük maşını toqquşub

Ağdaş rayonu Qaradeyin kəndi ərazisində “Mercedes” markalı minik avtomobili ilə “Ford” markalı yük avtomobili toqquşub
PİA.AZ-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, xilasedicilər deformasiyaya uğramış “Mercedes” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış yaralını avtomobildən çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.pia.az