Vurğun Əyyubdan İsa Qəmbərə ağır cavab

“Mən İsa Qəmbərin dedikləri ilə addım atmıram. Yol göstərənə ehtiyacım yoxdur”
Bunu azvision.az-a açıqlamasında Müsavat Partiyasının üzvü Vurğun Əyyub İsa Qəmbərin Müsavatın müşavirəsində səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.V.Əyyub vurğulayıb ki, Müsavat heç kimin şəxsi mülkü deyil: “Müsavat heç kimin şəxsi mülkü deyil. Biz fikrimizdə qalırıq və partiyadaxili demokratiyaya nail olmaq üçün fəaliyyətimizi davam etdirəcəyik”.Qeyd edək ki, noyabrın 23-ü Müsavat Partiyasının qərargahında baş tutan ümumrespublika müşavirəsində partiyanın keçmiş başqanı İsa Qəmbər çıxış edib və bildirib ki, o, Müsavat Partiyasının seçdiyi başqan Arif Hacılı ilə bir yerdədir: “Kim bu yolda olmaq istəyirsə, gəlsin, mübarizəmizi davam etdirək. Kimsə özünə başqa lider axtarırsa, buyursun, öz yolunu getsin”.