Rusiyada 4 azərbaycanlı quldur tutuldu

Rusiya DİN-in Baş Cinayət-Axtarış İdarəsinin əməliyyat qrupu Moskva vilayətində mütəşəkkil cinayətkar qruplaşma şəklində fəaliyyət göstərən 4 azərbaycanlını həbs edib
Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, onların 30-34 yaşlarında olduğu bildirilir.Qruplaşma üzvləri Rusiyanın müxtəlif regionlarında çoxsaylı ağır cinayətlər törədiblər. İki il ərzində onlar Moskva ətrafında azı 4 quldur hücumu həyata keçiriblər, ofislərə, evlərə hücum ediblər.2013-cü ildə cinayətkarlar Kalujsk vilayətində azərbaycanlı biznesmeni öldürüblər. Moskva ətrafındakı Mıtişşa şəhərində başqa azərbaycanlıya qarşı isə reketlik ediblər.Həbs olunanlara qarşı qətl, quldurluq və reketçilik maddələri üzrə ittiham elan olunub. Hüquq-mühafizə orqanları bandanın törətdiyi başqa cinayətləri aşkara çıxarmağa çalışır.