Bakıda yağan yağış problemlər yaratdı

Bakıda ötən gün axşam saatlarından bəri yağan yağış şəhərin əksər küçələrində nəqliyyatın hərəkəti ilə yanaşı, piyadaların gediş-gəliş üçün də problemlər yaradıb
PİA.AZ azvision.az-a istinadən bildirir ki, Bakı metropoliteninin "Nizami" metrosunun qarşısında isə tragikomik mənzərə yaranıb.Şəhər sakinləri yolu keçmək, lehməli gölməyə düşməmək üçün skamyadan "körpü" kimi istifadə etməyə çalışıblar.Paytaxt küçələrini su basması tıxaca da səbəb olub. Sürücülər alternativ yollardan istifadə etməli olublar.