“Sosintern”in baş katibi Bakıya gələcək

Sosialist İnternasionalının baş katibi Luis Ayala Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) dəvəti ilə dekabrın 17-də Bakıya gələcək
Bu barədə Publika.az-a ASDP sədri Araz Əlizadə xəbər verib. Onun sözlərinə görə Luis Ayalanın ASDP-nin rəhbərliyi, partiya fəalları və digərləri ilə görüşləri və partiyanın tədbirlərində iştirakı nəzərdə tutulur: “Şübhəsiz ki, Qarabağdakı mövcud vəziyyət, cəbhədəki son durumla bağlı Sosialist İnternasionalının baş katibinə  məlumat verəcəyik”.