İranda 5 azərbaycanlı yandı

İranda baş verən yol-nəqliyyat hadissi zamanı 5 nəfər azərbaycanlı həlak olub
PİA.AZ-ın məlumatına görə, qəza İranın Qaradağ vilayətinin Əhər şəhərində baş verib. Toqquşmanın təsirindən partlayışla müşayət olunan yanğın baş verib. Avtomobildə olan 5 nəfər İran azərbaycanlısı diri-diri yanıb. Məlumata görə, alov o qədər güclü olub ki, heç kəs yaxınlaşıb onları xilas edə bilməyib.