Bakıda 23 yaşlı gəlin intihar etdi

Gülnarə ərinin ölümünə dözməyib
Binəqədi rayonunda intihar hadisəsi baş verib.1991-ci il təvəllüdlü Gülnarə Vaqif qızı Məmmədova həyatına son qoyub.Bu barədə Vesti.Az-a Binəqədi rayon Polis İdarəsində bildiriblər.  Məmmədova gecə öz mənzilinin hamamında vannada özünü boğaraq intihar edib. İntiharın səbəbi kimi isə ərinin ölümünü göstərirlər. Məlum olub ki, bu günlərdə əri xəstəlikdən rəhmətə gedib, Məmmədova öz ərini çox sevdiyi üçün onsuz yaşamamağı qərara alıb.