AXCP-nin qurultayı təxirə salındı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) noyabr ayında keçirilməsi nəzərdə tutulan qurultayı təxirə salınıb
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı APA-ya açıqlamasında deyib ki, qurultayın keçirilməsi üçün təşkilatı işlər hələ yekunlaşmayıb: “Partiyanın rayon təşkilatlarında konfranslara hazırlıq üzrə təşkilat komitələrinin yaradılması prosesi gedir. Bu proses bir qədər uzandığına görə, qurultay təxirə salındı. Konfranslarda qurultay nümayəndələri seçildikdən sonra qurultayın vaxtı ilə bağlı yekun qərar veriləcək. Yəqin ki, qurultay gələn il keçiriləcək”.