Türk mətbuatından ilginc iddia

“İyibilgi”: “Aralıq, Bəsrə və Xəzər hövzəsi eyni siyasi qübbənin altındadır, birində nə baş verirsə, tez zamanda digərlərinə də sirayət edir”
Türkiyənin məşhur analitik xəbər portallarından biri olan İyibilgi.com saytı dünən maraqlı bir iddia ilə çıxış edib.PİA.AZ sayta istinadən xəbər verir ki, həmin iddiaya əsasən Gürcüstan-Ermənistan-Azərbaycan-İran xəttində bir gərginlik yaşanır. Məqalədə deyilir ki, bu prosesin adı olmasa da, stres vəziyyətidir. “Türk mətbuatında yayınlanan Özəl Qüvvətlər komandanının Ermənistana snayper tüfınglə baxmasının fotosu, bir-iki gün sonra Jandarma Baş komandanının Azərbaycana səfər etməsi, bunlar baş verdiyi bir vaxtda Azərbaycanın Ermiənistana məxsus helikopteri vurması, Gürcüstanda daxili siyasətin tarazlığının pozulması, İran prezidentinin Bakıya səfəri, Ermənistanın 2015-ci il hazırlıqlarının gətirdiyi əsəb və sairə...”İyibilgi.com qeyd edir ki, bu proseslərin bir birinə bağlı olub, olmadığı naməlumdur. Lakin sayt iddia edir ki, bu baş verənlərin hamısı iki hadisəyə bağlıdır. “Bunlardan biri, artıq sona yaxınlaşan İran-ABŞ arasındakı nüvə müzakirələri prosesinin yekunlaşmasıdır. Digəri isə TANAP. Yəni, Türkiyənin də çox önəm verdiyi və Avropaya enerji çatdıracaq xətt”.Yazının müəllifi yekunda belə bir qənatə gəlir ki, Aralıq dənizi, Bəsrə körfəzi və Xəzər dənizi artıq eyni siyasi qübbənin altındadır. “Birində nə olursa olsun, proses digərinə də qısa müddətdən sonra sirayət etməyə başlayır”. pia.az