Vurulan helikopterin görüntüsü erməni mətbuatında - Video

Noyabrın 12-də Azərbaycan ordusunun hərbçisi tərəfindən vurulan helikopterin yeni görüntüsü yayılıb
PİA.AZ” virtualaz.org-a istinadən xəbər verir ki, bu dəfə görüntüləri ermənilər yayıb.Görüntülərdə iki erməni vertolyotunun təlim adı ilə həyata keçirdiyi uçuşlarda raketlərdən istifadə etdiyi aydın şəkildə görünür. Lakin erməni tərəfi vertolyotlarının silahsız olduğunu və təlim məqsədi ilə uçuşlar həyata keçirdiklərini deyirdilər. Erməni mətbuatının yaydığı bu görüntülər isə bunun əksini göstərir.Xatırladaq ki, noyabrın 12-də Ağdam istiqamətində mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən iki düşmən vertolyotu postlarımıza yaxınlaşmışdı. Hərbçilərimiz düşmənin Mi- 24 vertolyotlarından birini məhv etmişdi. pia.az