“Rusiya Qarabağda yeni müharibə istəmir“

Bu gün Rusiya Federasiyasında Cənubi Qafqazdakı münaqişəsiz də kifayət qədər problem var
Oxu.Az xəbər verir ki, bu barədə “Rosbalt”a Ermənistan və Azərbaycan arasında silahlı qarşıdurmanın gərginləşməsini şərh edən politoloq Aleksey Makarkin bildirib.Makarkinin sözlərinə görə, Ermənistan və Azərbaycan arasında yeni, genişmiqyaslı hərbi münaqişə Rusiyaya “faydalı deyil, çünki onsuz da onun problemləri çoxdur”.“O, yeni münaqişələrə stimul verməyə hazırlaşmır, ona Ukrayna da bəs edir”, - deyə, ekspert bildirib.Ukraynanın problemləri böyükdür, Rusiya bu gün hətta Gürcüstanda da vəziyyəti “dondurmaq” istərdi və o, artıq real olaraq, “dondurulub”.“Bundan başqa, Rusiya həm Ermənistanla, həm də Azərbaycanla qarşılıqlı əlaqələr qurmaqda maraqlıdır, çünki birinci Avrasiya İttifaqına kurs götürüb və Avropa ilə yaxınlaşmadan uzaqlaşıb. Azərbaycan ilə Rusiya normal münasibət saxlamaq istərdi və onu özündən kənarlaşdırmaq istəmir”, - deyə, politoloq əlavə edib.