Bəstəkarlar İttifaqının 80 illik yubileyi keçiriləcək

Noyabrın 1-də Azərbaycan Dövlət Musiqili Teatrında Bəstəkarlar İttifaqının 80 illik yubileyi ilə bağlı tədbir keçiriləcək
Yubiley münasibəti ilə Bakıda keçirilən tədbirlər çərçivəsində təşkil olunan gecədə Musiqili Teatrda səhnələşdirilən operetta və musiqili komediyalara yazılmış musiqi nömrələrindən ibarət konsert proqramı təqdim olunacaq. “Musiqili Teatrın Simfonik Orkestrinin müşaiyətilə keçiriləcək konsert proqramında teatrımızın əməkdaşları – Əməkdar artist Səidə Şərifəliyeva, Gültac Əlili, Elvin Əliyev, Türkel Şabanova, Əliməmməd Novruzov və başqaları çıxış edəcəklər”, - deyən Azərbaycan Dövlət Musiqili Teatrının baş drijoru, Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov əməkdaşımızla söhbətində bildirib.    pia.az