Avropa Oyunları ilə bağlı maarifləndirmə işi davam edir

Bakı Dövlət Universitetinin tələbələri Avropa Oyunlarına yüksək maraq göstərirlər
PİA.AZ xəbər verir ki, Birinci Avropa Oyunları ilə bağlı Bakı Dövlət Universitetində maarifləndirmə tədbirləri davam edir.Bakı Dövlət Univesiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi 2015-ci ildə reallaşacaq “Bakı 2015 ilk Avropa oyunlarına sən də qoşul” adlı təbiğat kampaniyasını uğurla davam etdirir.Birinci Avropa Oyunları ilə bağlı Bakı Dövlət Universitetində maarifləndirmə tədbirləri tələbələr arasında marağa səbəb olub.BDU tələbələrini gələn ilin yayında keçiriləcək İlk Avropa Oyunları haqqında məlumatlandırmaq və maarifləndirmək məqsədilə  1 ay əvvəl başlanan “Bakı 2015 ilk Avropa oyunlarına sən də qoşul” adlı təbiğat kampaniyası bu günə qədər 2000-dən artıq tələbənin mötəbər yarış haqqında geniş bilgilər əldə etməsində mühüm rol oynayıb.BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov tələbələrlə görüşdə ölkədə aparılan ümumi quruculuq işlərindən, ayrı-ayrı sahələrdə əldə olunan böyük uğurları vurğulayaraq tarixdə ilk dəfə Azərbaycanda keçirilən “Bakı 2015 ilk Avropa oyunlarının” cənab prezidentimiz İlham Əliyevin beynəlxalq arenada olan nüfuzunun növbəti təntənəsi, Azərbaycan Respublikasına dünyada olan inam və etibarın ifadə forması kimi qiymətləndirib.“Doğrudur, yarışların təşkilat komitəsinə rəhbərlik edən birinci xanım H.Əliyev fondunun prezidenti Mehriban xanım Əliyeva çox bacarıqlı idarəedici, böyük təşkilatçıdır. Təbii ki, “Bakı 2015 ilk Avropa oyunlarının” ən yüksək səviyyədə keçirilməsi üçün onun tərəfindən böyük işlər görülür. Amma cəmiyyət də bu işlərə nə qədər yaxından dəstək olsa nəticə bir o qədər uğurlu olar” – deyə, Daşqın Qənbərov qeyd edib.