Rusiyada azərbaycanlının bağ evindən yarım milyard dollarlıq heroin tutulub

KVN Bakı komandasının keçmiş üzvünün villasından rekord həcmdə - yarım milyard dollarlıq heroin ələ keçirilib
PİA.AZ  xəbər verir ki, bu sensasion məlumatı az əvvəl lifenews.ru saytı yayıb. Sayt Rusiyanın Narkotiklərə Nəzarət Federal Xidmətinin rəhbəri, general Viktor İvanov keçirdiyi mətbuat konfransına əsasən bu məlumatı yayıb.“Lifenews” xəbər verir ki, Moskva vilayətinin narkotik polisi tərəfindən keçirilən əməliyyat zamanı 700 bağlamaya bükülmüş 174 kiloqram heroin aşkar olunub. Bu, 150 milyon doza deməkdir.Cinayətkarlar narkotiki Əfqanıstandan banan yeşiklərində gətiriblər. Əməliyyat zamanı bandanın 4 üzvü, o cümlədən başçıları həbs olunub. Narkotikin tapıldığı villanın sahibi, “Parni iz Baku” KVN komandasının oyunçusu İldar İmanov hazırda Türkiyədədir, onun narkotik alverində əlinin olması hələlik istintaq tərəfindən müəyyən edilməyib.KVN-çi bu gün Moskvaya qayıtmalı və ifadə verməlidir. Əməliyyat məlumatlarına əsasən heroin satışı ilə onun mühafizəçiləri məşğul olub.pia.az