Boldiryev Bakıda intihar etdi

Binəqədi rayonunda 55 yaşlı kişinin asılmış meyiti tapılıb
Bakının Binəqədi rayonunda 55 yaşlı kişinin asılmış meyiti tapılıb. Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Binəqədi qəsəbəsi, A. Qasımov küçəsi, ev-27 ünvanında baş verib.Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırmalar zamanı məlum olub ki, meyit həmin ünvanda yaşayan, 1959-cu il təvəllüdlü Aleksandr Vladimiroviç Boldiryevdir.Müayinə zamanı onun intihar etdiyi məlum olub.Qeyd edək ki, evdə tənha yaşayan Aleksandr Boldiryev spirtli içki düşkünü olub. Onun sərsəri həyat sürdüyü bildirilib.Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.