Kamala Harris Yaxın Şərqdə vəziyyətin deeskalasiyasına çağırıb

ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris Livan və Qəzza zolağında atəşkəslə bağlı razılığın əldə edilməsinin zəruri olduğunu bildirib...

Poliqon xəbər verir ki, Harris bu barədə İsrailin İranın 1 oktyabr raket hücumlarına cavabı ilə bağlı sualı cavablandırarkən danışıb.

“Biz həm Livanda, həm də təbii ki, Qəzzada atəşkəsə nail olmalıyıq”, deyə vitse-prezident vurğulayıb.

Harris əlavə edib ki, atəşkəsin və daimi sülhün əldə olunması üçün Bayden adminstrasiyası gecə-gündüz çalışır.

“Biz atəşkəsin və daimi sülhün əldə olunması üzərində gecə-gündüz işləyirik. Bu müharibələrin dayandırılmasına ehtiyacımız var və biz mütləq bölgədə baş verənlərin deeskalasiyasına nail olmalıyıq və biz bunun üzərində işləyirik”, deyə vitse-prezident vurğulayıb

Qeyd edək ki, “Axios” portalı daha əvvəl yazıb ki, ABŞ prezidenti Co Bayden və İsrailin baş naziri Benyamin Netanyahu söhbət zamanı “İsrailin İrana qarşı planlaşdırdığı cavab zərbəsinin miqyasını razılaşmağa yaxınlaşıblar”.

Poliqon.info