“Kataib Hizbullah” ABŞ bazalarını vuracağı ilə hədələyib

Şiə qruplaşması “Kətaib Hizbullah” İsrailin İraqa təcavüzü və ya onun hava məkanından və ərazisindən istifadə edərək İrana hücum edəcəyi təqdirdə ABŞ hərbi bazalarına zərbələr endirmək niyyətindədir...

Poliqon xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Qrupun təhlükəsizlik bürosunun rəhbəri Əbu Əli əl-Əskərinin sözlərinə görə, “Kataib Hizbullah”ın cavab zərbəsi ABŞ-ın İraq və ətraf bölgədəki obyektlərinə də şamil ediləcək.

Əbu Əli əl-Əskəri həmçinin qeyd edib ki, qruplaşma qlobal enerji sektoruna da təsir edəcək böyük müharibəyə başlamaq niyyətində deyil.

Poliqon.info