“Azerspace-2” peykinin orbitdə sığortalanması 1,58 milyon manata başa gələcək

“Azerspace-2” telekommunikasiya peykinin orbitdə bir illik sığortalanma xərci açıqlanıb...

Bu barədə İqtisadiyyat.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlikdən ("Azərkosmos") məlumat əldə edib.

Agentliyin peykin orbitdə sığortalanması xidmətinin satın alınması ilə bağlı elan etdiyi tender başa çatıb. Tenderin nəticələrinə görə, peykin orbitdə sığortalanma xidmətini 1 581 000 manata "Paşa Sığorta" həyata keçirəcək.

Qeyd edilib ki, müqavilənin müddəti 2024-cü ilin sentyabrın 26-dan 2025-ci ilin sentyabrın 26-dək olan dövrü əhatə edir.

Xatırladaq ki, sığorta olunacaq əmlakın dəyəri 81.000.000 (səksən bir milyon ABŞ dolları) dollardır.

Poliqon.info