Kiyev yeni sərhədləri tanımadan cəbhə xətti boyunca atəşkəsə hazırdır

Ukrayna lideri Vladimir Zelenski Ukraynanın ərazi itirməsini tanımadan mövcud cəbhə xəttində atəşkəsə hazırdır...

Poliqon xəbər verir ki, bu barədə İtaliyanın “Corriere della Sera” qəzeti məlumat yayıb. Bunun müqabilində Kiyev Qərbdən təhlükəsizlik zəmanəti istəyir.

“Zelenski ərazilərdən rəsmən imtina edə bilməz; bu, hər hansı bir Ukrayna siyasətçisi üçün həddindən artıq çoxdur. Bununla belə, o, yeni sərhədləri tanımadan hazırkı cəbhə xətti boyunca atəşkəsə hazırdır”, deyə nəşr yazır.

Qeyd olunur ki, Kiyev “Qərbin bəzi öhdəlikləri” müqabilində belə bir addım atmağa hazırdır. Qəzet yazır ki, söhbət amerikalıların Yaponiya, Cənubi Koreya və Filippinə verdiyi təhlükəsizlik zəmanətindən gedir.

Bundan əlavə, nəşr qeyd edir ki, Zelenski Roma, Paris və Berlindən Avropa Birliyinə sürətli qoşulma ilə bağlı zəmanət almaq istəryir ki, bu da Ukraynaya böyümə üfüqü verəcək.

Poliqon.info