Livanla sərhəddə 12-ci İsrail əsgəri öldürülüb

İsrail ordusu Livanla sərhəddə daha bir əsgərin ölməsi ilə bağlı məlumatı təsdiqləyib...

Ümumilikdə, İsrail ordusunun Livanda quru əməliyyatı zamanı azı 12 İsrail əsgəri həlak olub.

Poliqon xəbər verir ki, “The Times of Israel” nəşrinin məlumatına görə, Alon briqadasının 36 yaşlı baş çavuşu Livanın cənubunda “Hizbullah”la toqquşmalarda həlak olub. Daha bir İsrail əsgəri ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Fələstin HƏMAS-ın İsrailə hücumu ilə başlayan Yaxın Şərq münaqişəsi zamanı 731 İsrail əsgəri həlak olub.

Xatırladaq ki, İsrail oktyabrın əvvəlindən Livan Hizbullah hərəkatına qarşı quru əməliyyatı keçirir. Eyni zamanda, Qəzza zolağında Fələstinin HƏMAS hərəkatı ilə müharibə bir ildən artıqdır ki, davam edir.

Poliqon.info