Bakı-Sumqayıt yolunda avtomobil piyadanı vuraraq öldürüb

Bakı-Sumqayıt yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib...

APA xəbər verir ki, "Toyota Prius" minik avtomobili yolu keçən qadını vurub.

Piyada hadisə yerində ölüb. Əraziyə polis əməkdaşları cəlb edilib.

Qeyd edək ki, minik avtomobilinin sürücüsü hadisə yerindən qaçıb.

Poliqon.info