Dağıstanda Rusiya-Azərbaycan sərhədində portal təftiş-yoxlama kompleksinin təmiri başa çatıb

Dağıstanda Rusiyaya giriş istiqamətində Azərbaycanla sərhəddə yerləşən portal təftiş-yoxlama kompleksinin (PTYK) təmiri başa çatıb...

“Report” xəbər verir ki, bu barədə Rusiya Federasiyası Nəqliyyat Nazirliyi yanında “Rosqranstroy” Federal Dövlət Hökumət Qurumunun (FDHQ) saytında yerləşdirilən məlumatda deyilir.

Məlumata görə, Dağıstanın Azərbaycanla sərhədində yerləşən Tahirkənd-Qazmalar avtomobil buraxılış məntəqəsində Rusiya ərazisinə daxil olmaq üçün portal təftiş-yoxlama kompleksinin (PTYK) bərpası üzrə təmir işləri başa çatıb.

Qeyd olunur ki, PTYK-nın Rusiyadan çıxış istiqamətində təmir işlərinin başa çatması barədə “Rosqranstroy” FDHQ-nin rəsmi teleqram kanalında əlavə məlumat veriləcək.

Poliqon.info