Britaniya əhalisi miqrasiya hesabına il ərzində 1% artıb

İl ərzində Böyük Britaniya əhalisi xalis miqrasiya nəticəsində 1% artıb...

Poliqon xəbər verir ki, bu barədə Britaniya Milli Statistika İdarəsi (ONS) məlumat yayıb.

ONS məlumatlarına görə, ötən ilin ortalarında ölkə əhalisi 68,3 milyon nəfər olub. Bu, 2022-ci ilin ortaları ilə müqayisədə 1,0% çoxdur.

Əhali artımının əsas amili xalis beynəlxalq miqrasiya olub. 2022-ci ilin iyun ayından 2023-cü ilin iyun ayına qədər Böyük Britaniyaya immiqrasiya 1,185 milyon nəfər, ölkədən emiqrasiya isə 508 min nəfər təşkil edib. Belə ki, təbii azalma nəzərə alınmaqla, xalis miqrasiya hesabına əhalinin sayı 662,4 min nəfər artıb.

Bu, 1971-ci ildə belə hesablamaların başlanmasından bəri rəqəmlərdə və faizlərdə ən böyük illik artımdır.

Hazırda Avropadakı qeyri-qanuni miqrantların əksəriyyətinin Böyük Britaniyada olduğu bildirilir.

Poliqon.info