Paşinyan məhkəməyə verildi

"Vətən üçün Tavuş" hərəkatının lideri Baqrat Srbazan Ermənistanın baş naziri Nikol Paşinyana qarşı məhkəmədə iddia qaldırıb...

Poliqon unikal-a istinadən xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

O, tərəfdarları ilə görüşdə Paşinyana qarşı iddia qaldırmasının əsaslarını baş nazirin parlamentdə ona böhtan atması ilə əlaqələndirib: "O yalançı və qorxaq belə bir açıqlama verdi və biz indi Ermənistanda məhkəmə sisteminin işlək olub-olmadığını yoxlayacağıq". 

O, böhtan xarakterli faktiki məlumatları Paşinyandan açıq şəkildə təkzib etməyi tələb edir.

Qeyd edək ki, məhkəmə iddianı qəbul edib, onu hakim Malvina Arutyunyan imzalayıb.

Poliqon.info